Qiymətlər dəyişdikdən donra keyfiyyətdən razıyıq?

Qiymətlər dəyişdikdən donra keyfiyyətdən razıyıq?

Bir çox sürücü ölkədə yanacaq qiymətlərinin artması ilə birgə keyfiyyətdə fərqlər hiss etdiyini bildirir. Daha çox sərfiyyat, zəif performans və ümumi yanacaq keyfiyyətinin azalması kimi şikayətlər gündəmə gəlib. Lakin standartlara ciddi dəyişiklik edilməyibsə, narazılıqların səbəbi nədir? Bu məqalədə yanacaq keyfiyyətinə təsir edən əsas amilləri və Avropada yanacaqlarının yerli yanacaqlarla fərqini təhlil edəcəyik.

1. Qiymət Dəyişikliyi: Yanacaq Standartlarında Əsaslı Dəyişiklik Olmayıb


Hazırda Azərbaycanın yanacaq standartları Avropa standartlarına əsaslanaraq tənzimlənir. Əksər göstəricilərin eyni olmasına baxmayaraq, Azərbaycan benzinində maksimum 5% etanol tərkibi var. Avropada bu rəqəm 10%-ə qədər artırıla bilər. Etanol limiti ETBE (ethyl tert-butyl ether) və MTBE (Methyl tert-butyl ether) əlavələrinə də şamil olunur. Bu fərqin həm oktan ədədinə, həm də yanacağın enerji dəyərinə təsir göstərməsinə baxmayaraq, praktiki şəraitdə bu fərqi hiss etmək çox çətindir.

 

2. Yanacaq Keyfiyyətinə Təsir Edən Əsas Faktor: Qatqı paketləri


Yanacaq keyfiyyətinə ciddi təsir göstərən əsas amillərdən biri qatqılardır. Neftayırma zavodu tərəfindən istifadə olunan qatqıların keyfiyyəti birbaşa olaraq yanacağın uzunmüddətli saxlanma və daşınma zamanı oksidləşməməsinə, çənlərdə çöküntü yaratmamasına və mühərrikdə düzgün alışmasına təsir edir. Köhnəlmiş və oksidləşməyə məruz qalmış yanacaq istər performans, istərsə də sərfiyyat baxımından yaxşı nəticə göstərə bilməz.

Daha öncə Rumıniyadan gətirilən 95 oktanlı yanacaqla hazırki yerli istehsal 95 oktanlı yanacağın təməl fərqin laborator nəticələrdə görünməyən qatqı paketlərində olması istisna deyil.

 

3. Avropa ilə fərqimiz - Bio əlavələr?


Avropa ölkələrində yenilənəbilən resursların istifadəsi məqsədi ilə dizel və benzin yanacaqlarına biokomponentlərin əlavə olunması qanunvericiliklə tənzimlənərək zərruri hesab edilir. Fərqli ölkələrdə fərqli nisbətlə 5%-dən 15%-dək əlavələr həm ekologiyaya tövhə üçün, həm də mühərriklərin resursu üçün istifadə olunur. Dizel yanacaqlarında bu yağlayıcı funksiyanı yerinə yetirən Biodizel, benzində isə daha öncə qeyd etdiyimiz ETBE və MTBE əlavələridir. Bu komponentlərin əlavəsi zamanı həm istifadə olunan qatqı kompleksləri, həm də yanacağın fiziki parametrləri dəyişmiş olur.

 

4. VIF Qatqıları ilə keyfiyyət fərqinin aradan qaldırılması


VIF yanacaq qatqıları məhz bu keyfiyyət fərqini aradan qaldırmağa kömək edə bilər. Avropanın Neftayırma zavodlarında və yanacaqdoldurma məntəqələrində geniş istifadə olunan VIF qatqıları ilə yanacağımızda yetməyən qatqı kompleksini əvəz edə bilərsiniz. Sürücülərə məsləhətimiz odur ki mümkün qədər yeni partiya yanacaq dolduraraq VİF qatqılarından istifadə etsinlər. Bu halda yanacaq keyfiyyət parametrlərini uzun müddət qoruyaraq mühərrikinizin maksimum performansı təmin edəcək.

28.10.2024