Yanacaq qiymətləri dəyişdi!
Azərbaycanda Yanacaq Qiymətləri Dəyişdi: Nələrə Diqqət Etməliyik?
2024-cü ilin 1 iyulundan etibarən Azərbaycanda yanacaq qiymətlərində bir sıra dəyişikliklər baş verdi. Artıq Aİ-92 markalı benzinin qiyməti 1.10 manat, dizel yanacağının qiyməti isə 1 manat təşkil edir. 15 iyuldan etibarən isə Aİ-95 markalı benzinin qiyməti 1.60 manata düşəcək. Bu dəyişikliklər avtomobil sahibləri üçün mühüm yeniliklər təqdim edir.
Dizel Yanacağının Keyfiyyəti
2024cü ilin Mart ayında Çexiyada SGS laboratoriyası tərəfindən keçirdiyimiz sınaqlar göstərdi ki, dizel yanacağının kükürd tərkibi 18.5 ppm təşkil edir ki, bu da EN590 (Euro 5) standartlarına (maksimum 10ppm) hələ ki uyğun deyil. Digər göstəricilərin standartlara uyğun olmasını, və yanacağımızın yüksək setan ədədi ilə fərqlənməsini nəzərə alaraq, 1 manata təklif olunan yerli dizel heç də pis təklif deyil. Dizelimiz EN590 standartlarına uyğunlaşdırıldıqdan sonra da qiymət 1 manat ətrafında qalarsa, dizel yanacağı həm ekologiyamız həm də sürücülərimizin büdcəsi üçün ən münasib yanacaq növü ola bilər.
Aİ-92 Benzin: Qurğuşunlu Yanacaq və Fəsadları:
Bildiyiniz kimi 92 oktanlı yanacağın müasir mühərriklərin sıxılma əmsalına görə uyğunsuzluğundan əlavə tərkibindəki qurğuşun katalizatorlara və ekologiyaya ziyanlıdır. Qurğuşunun konserogen olması da çoxları üçün sir deyil. Qiymət dəyişimindən öncə 92 və 95 oktanlı yanacaqların ikiqat fərqinə görə əksər sürücülər ya avtomobillərinin tələblərinə uyğun olmayan 92 oktan yanacağını qatqısız, ya da oktan qaldırıcılarla birlikdə istifadə edirdi.
Oktan Qaldırıcılların Təhlükələri:
Oktan qaldırıcı qatqılar (Octane booster) tərkibindəki metal əsaslı komponentlərlə alışdırma şamlarını, lambda sondları sıradan çıxarır, metal hissəciklər (ferrocene, mangan) ilə katalizatorun strukturunu dağıdır və hətta silindrdə cızıqlara səbəb olurdu. Bu qatqıların tərkibindəki elementlər yanacağın standartlara uyğunluğunu pozmasından əlavə illər öncə mühərrikə ziyanlı olduqları sübut olunmuşdur. Məhz bu səbəbdən neftayırma zavodları 92 oktanlı yanacağı oktan qaldırıcı qatqılarla daha yüksək oktan səviyyəsinə çatdıra bilməzlər.
Aİ-95 Benzin: Qurğuşunsuz və Etibarlı Seçim
Aİ-95 markalı benzin EN228 (Avro 5) standartlarına cavab verir və qurğuşunsuzdur. Müasir mühərriklər, və xüsusən də turbo, birbaşa püskürmə sistemli yüksək təzyiqli injektorlar və katalitik konvertorlarla təchiz olunmuş avtomobillər üçün Aİ-95 yanacağı ən uyğun seçimdir. Yeni qiymət fərqi isə, sürücülərimiz üçün Aİ-95 yanacağını yenidən əlçatan edir.
Yanacaq Seçimində Tövsiyələrimiz:
1. Aİ-92 Markalı benzin - Karbüratorlu, dolayı püskürmə mühərrikləri, katalizatoru olmayan, sıxılma əmsalı aşağı olan mühərriklər
2. Aİ-95 Markalı benzin - Birbaşa püskürmə, turbo, katalitik konvertorla təchiz olunmuş, yüksək sıxılma əmsalı olan mühərriklər
92 oktanlı yanacaqla oktan qaldırıcı istifadəsi artıq mənasız oldu:
Oktan artırıcıların ziyanını yuxarıda qeyd etdik. İndi isə oktan qaldırıcıların ortalama qiymətini nəzərə alaraq işin maliyyə tərəfinə baxaq. Aİ-92 yanacağı ilə Aİ-95 yanacağı arasında 50 litrlik yanacaq çənində cəmi 25 AZN fərq yaranır. Oktan artırıcıların orta qiymətinin 15 manat olduğunu götürsək, bu fərq 10 (25 – 15) manata enir. Lakin, Aİ-92 yanacağı qurğuşunlu olduğu üçün mühərrikə və ətraf mühitə zərərlidir. Oktan artırıcıların metal komponentləri isə yanacaq və emissiya sistemlərinə ciddi fəsadlar yaradır. Bu zərərlər sürücülərin qənaət etdiyi 10 manat fərqdən daha çox maliyyə itkilərinə səbəb olacaq və 95 oktan yanacağının performansını heç bir zaman təmin etməyəcək.
Bizim Tövsiyəmiz: İstehsalçının təyin etdiyi oktan tələbli yanacaq + VIF Super Benzin Aditiv
VIF Super Benzin Aditivin tərkibində metal komponentlər yoxdur, yanma temperaturunu və sürətini dəyişmir və istənilən benzin ilə təhlükəsiz istifadə edilə bilər. Bu məhsulla yanacağa və dövri xərclərə qənaət edirsiniz, injektorları, giriş klapanlarını və yanma kamerasını karbon çöküntülərindən təmizləmiş olursunuz. Aşağı oktanlı yanacaqla tez tez baş verən arzuolunmaz öncədən alışma hallarını azaldır.
Yanacaq və avtomobillər haqqında maariflənmək üçün sosial şəbəkələrimizə abunə olun.