İstifadə etdiyimiz terminlər
Saytımızda və sosial şəbəkə səhifələrimizdə tez tez müəyyən sınaqların izahı haqqında mövzulara toxunuruq.
Oxucularımızın bizim istifadə etdiyimiz terminologiyanı düzgün anlaması üçün ən çox istifadə olunan texniki terminlərin izahını sizlərə təqdim edirik.
Yanacaq filmi effeki:
Dolayı püskürmə mühərriklərinin giriş kanallarında benzin kondensatının təbii şəkildə meydana gəlməsi baş verir. Bu, ən çox soyuq işə saldıqdan sonra və həmçinin tənzimləyici klapan sürətlə bağlandıqda baş verir. Nəticə olaraq temperaturun və təzyiqin azalması və hava axınının yavaşlaması baş verir. Tənzimləyici klapanının növbəti açılması zamanı, bu yanacaq filmi mühərrikə çəkilir, qarışığı zənginləşdirir və emissiyaları pisləşdirir. Mühərrikin idarəetmə bloku lambda sensoru vasitəsilə işlənmiş qazların tərkibindəki dəyişiklikləri aşkar edərək ona uyğun reaksiya verməyə çalışır. Təəssüf ki, bu bəzən zəngin və kasıb rejimlər arasında dəyişərək dövrlər sayının qeyri stabilliynə, sürətlənmə zamanı gecikmələrə və ekstrimal hallarda hətta mühərrikin sönməsinə səbəb olur.
SBA təsiri
Super Benzin Additive giriş kanallarını və giriş klapanlarını təmizləyərək, yanacaq filmi effektini azaldır.
Yüksək oktan ədədi tələbi:
Porşenlərdə və giriş kanallarında karbon yataqları istilik ötürülməsi üçün səth sahəsini artırdığına görə ətrafındalı hissələri daha çox qızmağa məruz edir. Temperatur artdıqca anti-detonasiya ehtiyatı azalır və detonasiya daha aşağı sıxılma zamanı baş verir.
Mühərrik daha çox yükləndikdə karbon yataqlarının alışması özbaşına yanmağa səbəb ola bilir.
Döymənin qarşısını almaq üçün idarəetmə bloku yanma bucağınnı və turbo mühərriklərdə həmçinin təzyiqi də azaldır. Bu isə performans və səmərəliliyi azaldır.
Karbonlaşmış mühərriklər daha yüksək oktanlı yanacaqla pozitiv nəticə göstərir. Lakin bu, əsas səbəbi həll etmənin əvəzinə sadəcə simptomları aradan qaldırmaqdır.
SBA təsiri
Super Benzin Additive yanma kameralarında karbon çöküntülərini təmizləyərək döymənin və öz-özünə alışmanın qarşısını alır.
LSPI (Low Speed Pre Ignition - Aşağı Sürətli Öncədən Alışma)
Aşağı sürətlərdə və yüksək yükdə öz-özünə alışma müasir kiçik turbo mühərriklərin əsas problemidir ki, bu da bəzən porşenlərin çatlamasına və ya digər ciddi mexaniki zədələrə səbəb olur.
SBA təsiri
Bu prossesin səbəblərindən biri VIF Super Benzin Additive-in effektiv şəkildə qarşısını aldığı yanma kameralarındakı karbon yataqlarıdır.
Yanacağın yağlılığı
Yağlılıq Dizel yanacağının injektorlarının və yüksək təzyiqli yanacaq nasosunun sürtünmə səthlərini yağlamaq qabiliyyətini müəyyənləşdirir. Bu dəyər yüksək təzyiqli injektor sisteminin aşınmasına və xidmət müddətinə əsaslı şəkildə təsir göstərir. Polad lövhədə dizellə yağlanmış polad topun titrəməsi ilə ölçülür. Nəticə topun üzərindəki aşınma səthinin diametridir. Dəyər nə qədər aşağı olarsa, nəticə bir o qədər yaxşıdır.
SDA təsiri
EN 590 standartının tələbi: Maksimum 460 µm.
Super Diesel Aditiv ilə (adətən): 320 µm.
Setan ədədi
Dizel yanacağının kompressiya istiliyinə görə alovlanma qabiliyyətini müəyyənləşdirir. Setan ədədi nə qədər yüksək olarsa, dizel yanma kameralarına püskürdükdən sonra bir o qədər asan və tez alovlanır. Daha yüksək setan sayı daha asan soyuq işəsalma, daha az səs, daha təmiz emissiya, daha yüksək performans və səmərəlilik deməkdir. Mühərrik nəticədə daha yaxşı genişlənmə nisbətinə (yanacaq daha tez yanmağa başlayır və təzyiq alışma taktının daha uzun hissəsinə təsir edir) malik olmuş olur.
Setan ədədi xüsusi tək silindrli sınaq mühərrikində ölçülür.
SDA təsiri
EN 590 standartının tələbi: Min. 51
Dizel qatqısı ilə: 56-dan 60-a qədər
Oksidləşmə stabilliyi
Bu parametr dizelə biokomponentlərin əlavə olunmağa başladığı günlərdən problemlidir.
Oksidləşmə stabilliyi Rancimat cihazında ölçülür. Ölçmə prinsipi dizel yanacağından hava köpüklərinin keçməsi zamanı elektrik keçiriciliyinin izlənilməsidir. Keçiriciliyin artması, oksidləşmə məhsullarının mövcudluğunun əlamətidir. Keçiricilikdə bu artım nə qədər gec əldə olunarsa, dizel bir o qədər oksidləşməyə davamlıdır. Rancimat cihazında bir saat təxminən avtomobilin çənindəki bir həftəyə bərabərdir. Buna görə Super Diesel Additive ilə qarışmış dizel yanacağı il boyu avtomobilin çənində qala bilər.
SDA təsiri
Standart nəticə: 25 saat
Super Diesel Aditiv ilə: 65 saat
Köpüklənmə
Köpüklənmənin azalması yanacaq dolumunu asanlaşdırır və yanacaq çəninin həcmini tam istifadə etməyə imkan verir. Köpüklü dizelin yağlayıcı xüsusiyyətləri daha aşağı olduğundan bu parametr injektor sisteminin qorunması üçün vacibdir. Ölçmə metodu köpüyün dizel səthindən qismən və tamamilə yox olması üçün lazım olan zamandır.
SDA təsiri
Standart dizel: Adətən 30/120 saniyə
Super Diesel Aditiv ilə: 5/20 s
Süzücülük qabiliyyəti
CFPP (Cold Filter Plugging Point – Soyuq Filtrin Tutulma Nöqtəsi) testi avtomobilin yanacaq filtrindən soyudulmuş dizel yanacağının keçməsini simulyasiya edir. Kolbaya çəkilmiş dizel metal süzgəcindən boşaldılır. Nəticə, filtrin tıxanmasının baş vermədiyi temperaturun limit həddidir.
Temperatur tıxanma nöqtəsindən aşağı düşməmişdən əvvəl (adətən -4ºC, ilk parafinlər ayrılmağa başlayanda) dizelə Super Dizel Aditiv qış qatqısı əlavə edilərsə, parafinlər filtri daha az tutacaq iri hissəciklərdən kiçik hissəciklərə çevrilir.
SDA qış variantı təsiri
Standart dizel qış keyfiyyəti: -20 ºC
Super Diesel Additive qış variantı ilə: -30 ºC-ə qədər