Avtomobilinizin hazırki yanacaq sərfiyyatını
qeyd edin
Benzin seç
Super Benzin Aditiv istənilən benzin yanacağının keyfiyyət parametrlərini yaxşılaşdırsa da, avtomobilinizin xüsusi tələblərini nəzərə almaq çox vacibdir.
Avtomobil istehsalçıları hər mühərrikə uyğun olaraq sıxılma (kompressiya) nisbəti və digər parametrlərə əsaslanan oktan reytinqini təyin edirlər. Bu tövsiyə mühərrikinizin mümkün olan ən yaxşı performansını, yanacaq səmərəliliyini və uzunömürlülüyünü təmin etmək üçün hazırlanmışdır.
Super Benzin Aditiv keyfiyyət və oktan ədədindən asılı olmayaraq istənilən benzin yanacağı ilə istifadə oluna bilər. Qatqı daha hamar və daha səmərəli yanma prosesini təmin edərək, döymə və detonasia kimi problemləri effektiv şəkildə azaldır. Simptomları müvəqqəti gizlədə bilən yüksək oktanlı yanacaqdan fərqli olaraq, bizim qatqılar bu problemlərin kökündəki səbəbləri aradan qaldırır.
Bizim qatqılarla 92 oktanlı yanacaq 95 oktanlı yanacaqla müqayisədə müəyyən parametrlərdə daha yüksək performans göstərsə də, digər parametrlərdə göstəricilər fərqli ola bilər. Avtomobilin idarəetmə bloku yanmanı yanacağın keyfiyyətindən asılı olaraq tənzimləyir. Bu səbəbdən daha aşağı oktanlı yanacağa keçid bəzi hallarda performansa təsir göstərə bilər.
Yerli yanacağın spesifikası: Bildiyiniz kimi 92 oktanlı yanacaq yerli istehsal, 95 və 98 oktanlı yanacaqlar isə idxal olunan yanacaqdır. Bu təmamilə fərqli istehsal prosessləri ilə əldə olunmuş yanacaqlar olduğundan, oktan ədədindən başqa sıxlıq, kükürd səviyyəsi və fraksiyalar kimi bir çox digər parametrlər də fərqlənir. Bu səbəbdən 92 və 95 oktanlı yanacaqların yalnız oktan ədədinə görə ayırd etmək düzgün deyil.
VİF şirkəti olaraq avtomobil istehsalçısının oktan reytinqi təlimatlarına əməl etməyi tövsiyə edirik.
Reallıq: Çoxları qənaət məqsədi ilə avtomobildə 95 tələbi olmağına baxmayaraq 92 oktanlı yanacaq istifadə edir. Bu hallarda qatqı istifadəsi zamanı ən azı aşağı oktanlı yanacağın avtomobilinizə verdiyi fəsadları azaltmış olursunuz.
Oktan ədədi (sayı, reytinqi) daxili yanma mühərriklərində yanacağın detonasiyasını və ya partlamağa qarşı müqavimətini ölçən göstəricidir. Minimal oktan ədədi tələbi avtomobil istehsalçıları tərəfindən əsasən mühərrikin sıxılma əmsalı əsasında təyin edilərək sürücülərə tövsiyyə olunur.
Daha yüksək oktan ədədli yanacaq sıxılmaya daha davamlı olduğundan, öncədən alışmaya daha yüksək müqavimət qabiliyyəti göstərir. Öncədən alışma prosessinin digər səbəbi isə natamam yanma nəticəsində yaranmış karbon çöküntülərinin kiçik hissəcikləridir. Onların sıxılmaya müqavimət qabiliyyəti yanacağın özündən daha az olduğundan, şam qığılcımından öncə alışaraq qeyri müntəzəmlik yarada bilir.
VİF qatqıları karbon çöküntülərini təmizlədiyindən, yanacaq qarışığının müqavimətinə təsir edən əsas amillərdən birini aradan qaldırmış olur. Bu isə öz növbəsində yüksək oktan ədədi tələbi olan avtomobillərdə daha aşağı oktanlı yanacaq istifadə etməyə imkan verir.
Təbii ki yox!
Benzin keyfiyyəti bir çox göstəricinin birləşməsi ilə müəyyən edilir və oktan ədədi onlardan yalnız biridir. Benzinin digər vacib keyfiyyət göstəricilərinə aşağıdakılar daxildir:
Sıxlıq: Benzin sıxlığı onun enerji tərkibinə təsir edir. Aşağı sıxlıqlı benzin daha çox enerji təmin edir və daha aşağı yanacaq sərfiyyatına səbəb olur.
Kükürd: Yüksək kükürdlü benzin zərərli emissiyaları artıraraq və müasir avtomobillərdə katalitik çeviriciləri sıradan çıxarır. Kükürdün digər neqativ təsiri korroziya və karbon çöküntülərinin yaratmasıdır.
Aromatiklər və Olefinlər: Bu birləşmələrin düzgün konsentrasiyada pozitiv nəticə versə də, normadan yüksək konsentrasiyalarda karbon çöküntüləri yaratma və ekologiyaya ziyan verə bilər.
Etanol : Benzinin tərkibində oksigenat kimi etanol mövcuddur. Etanolun tərkibi yanacağın enerji dəyərinə təsir göstərir. Etanolun özünə su çəkmə xüsusiyyəti olduğundan çənə su yığılmasının və korroziyanın səbəblərindən biridir. Düzgün proporsiyalarda istifadə edildikdə isə etanol yanmaya və emissiyalara yaxşı təsir göstərir.
Qatqılar: Mühərrikin işini yaxşılaşdırmaq və qorumaq üçün təmizləyici, korroziya inhibitorları və antioksidantlar kimi qatqılar istifadə edilir. İstifadə olunan qatqılar keyfiyyətə pozitiv təsir göstərsə də, düzgün seçilməmiş, yalnış konsentrasiya, yanacaq ilə qarışığı uyğunlaşmayan qatqıların əksinə neqativ təsir göstərmə ehtimalı mövcuddur.
Oktan ədədi göstəriciləri olan RON, MON və AKI terminləri benzinin işini, xüsusən də mühərrikin detonasiyaya qarşı müqavimətini qiymətləndirmək ilə əlaqəlidir..
Oktan ölçmə üsulları:
Oktan reytinqi yanacağın daxili yanma mühərrikində detonasiyaya müqavimət göstərmə qabiliyyətinin ölçüsüdür. Detonasiya, mühərrikdəki hava-yanacaq qarışığı alışdırıcı şamların qığılcımından öncə öz-özünə alovlandıqda baş verir. Daha yüksək oktanlı yanacaqlar sıxılmaya, və nəticədə detonasiyaya daha davamlıdır.
Oktan ədədini ölçmək üçün istifadə olunan iki əsas üsul var:
Tədqiqat Oktan Sayısı (RON): Bu üsul yanacağın nisbətən mülayim şəraitdə işini qiymətləndirir. O, yanacağın standartlaşdırılmış sınaq mühərrikində idarə olunan iş şəraiti ilə işlədilməsini nəzərdə tutur. RON daha az yüklənmiş vəziyyətlərdə yanacağın performansını təmsil edir.
Motor Oktan Sayısı (MON): MON yanacağın işini RON-dan daha ağır şərtlərdə qiymətləndirir. Daha yüksək mühərrik sürətlərini və temperaturu simulyasiya edir. MON yanacağın ağır yüklənmiş və yüksək gərginlik şəraitində işlədikdə hesablanan göstəricidir.
Anti-knock indeksi (AKI):
Bu adətən ABŞ və Kanadadakı yanacaqdoldurma məntəqələrində və Amerika bazarı üçün istehsal olunan avtomobillərin çənlərinin qapaqlarında qeyd edilən oktan reytinqidir.
RON + MON göstəricilərinin orta nəticəsidir və RON + MON / 2 olaraq hesablanır.
AKI sürücülərə avtomobilləri üçün uyğun yanacağın seçilməsini asanlaşdırmaq üçün vahid nömrə təqdim edir.
Avropada və Azərbaycanda isə tədqiqat üsulu (RON) ilə hesablanan oktan reytinqi istifadə olunur.
Yanacaq qatqılarl oktan ədədindən əlavə müxtəlif digər məqsədlərə də xidmət edir və hətta tövsiyə olunan və ya daha yüksək oktan ədədli olan yanacaqlarla da istifadə edilərkən faydalıdır. Yüksək oktanlı yanacaqlarla qatqılarımızı istifadə etməyin əsas səbəbləri bunlardır:
Mühərrikin təmizlənməsi: VIF qatqılarının tərkibində yanacaq injektorlarında, giriş klapanlarda və yanma kamerasında yaranan karbon çöküntülərinin toplanmasının qarşısını alan yuyucu və təmizləyici maddələr mövcuddur. Hətta yüksək oktanlı yanacaqlar karbon çöküntülərini təmizləmədiklərinə görə qatqılarla mühərrikin təmizliyini təmin etmək vacibdir.
Korroziyanın qarşısının alınması: Super Benzin Additive-in tərkibində yanacaq sistemini və mühərrik komponentlərini korroziyadan qoruyan korroziya inhibitorları daxildir. Bu həmçinin uzun müddət hərəkətsiz qalan avtomobillər üçün aktualdır.
Stabil Yanacaq: VIF qatqıları yanacağın dayanıqlığını yaxşılaşdıraraq zamanla oksidləşmənin və deqradasiyanın qarşısını alır. Bu, yanacağın keyfiyyəinin itməməsi üçün və digər qatqıların öz funksiyasını yetirə bilməsi üçün çox vacibdir.
Rütubətə Nəzarət: Qatqılarımız yanacaq sistemində toplana bilən az miqdarda suyu həll etməyə kömək edir. Yanacağın içindəki su həm korroziya, həm də yanacaq sisteminin nasazlığı kimi problemlərə səbəb ola bilir.
Yanmanın Optimizasiyası: Super Benzin Additive yanacaq-hava qarışığının daha tam yanmasını təmin etdiyinə görə həm yanma səmərəliliyini artır, həm performans bərpa edilir, həm də ziyanlı emissiyaları azalmış olur.
Yanacağın yağlanması: Yağlayıcı komponentlər yüksək təzyiqli yanacaq nasosları və injektorlar kimi yanacaq sistemi komponentlərinin aşınmasının qarşısını alaraq düzgün işləməsini təmin edir.
Tövsiyə olunan və ya daha yüksək oktan səviyyəsindən istifadə mühərrikin detonasiyasının qarşısını almağa kömək edərkən, qatqılarımız ümumi mühərrik sağlamlığını və performansını qorumaq üçün əlavə üstünlüklər təklif edir.
İnkişaf etmiş ölkələrdə yanacaqdoldurma məntəqələrinin 95 və hətta 98 oktanlı yanacaqla qatqı istifadə etmə praktikası da burdan irəli gəlir.
Oktan qaldırıcı qatqılar yanacaq performansını artırmaq məqsədi daşıyır. Lakin, bu qatqıların heç birinin təhlükəsiz olmaması və potensial fəsadlara səbəb ola biləcəyi hətta avtomobil istehsalçıları tərəfindən belə sübut olunmuşdur.
Oktan ədədini qaldırmaq üçün qatqılarda ya ferrosen ya da manqan tozları istifadə olunur. Bundan əmin olmaq üçün istənilən məhsulun təhlükəsizlik sertifikatına baxmaq kifayətdir. Hər iki komponent şübhəsiz yanacaq sisteminə və mühərrik komponentlərinə zərər verir.
Ferrosen və manqan qatqılarının ən çox rast gəlinən problemləri:
1. Mühərrik Komponentlərinin Aşınması:
- Ferrosen və manqan, silindr divarlarında və klapanlarda sərt çöküntülər yaradaraq cızılma və aşınmaya səbəb olur.
2. Yağ Sərfiyyatının Artması:
- Cızıqlar porşen üzüklərinin aşınmasına səbəb olaraq yağın yanma kamerasına daxil olaraq yanmasına və yağ sərfiyyatının artmasına səbəb olur.
3. Alışdırma Şamlarının Sıradan Çıxması:
- Hər iki metal alışdlrma şamlarında çöküntü saxlayaraq onların effektivliyini azaldır, nəticədə mühərrikdə qeyri-müntəzəmlik yaranır.
4. Oksigen Sensorunun Zədələnməsi:
- Ferrosen və manqanın qaynar hissəcikləri oksigen sensorlarını zədələyərək yanacaq-hava qarışığının düzgün hesablanmasını pozur və boğulmalara səbəb olur.
5. Katalizatorun Tıxanması:
- Ferrosen və manqanın yaratdığı çöküntülər katalizatorlarda toplanaraq hava axının qarşısını alır. Nəticədə həm struktur zədələnir, həm də effektivlik itir.
Bu problemlər mühərrik sağlamlığını ciddi şəkildə təsir edir və yüksək texniki xidmət xərclərinə səbəb ola bilir.