məhsullarımız

Super Benzin Aditiv
Super Benzin Aditiv

Bütün növ Benzin mühərrikləri üçün multifunksional qatqılar

Ətraflı
Super Diesel Aditiv
Super Diesel Aditiv

Bütün növ Dizel mühərrikləri üçün multifunksional qatqılar

Ətraflı
Korporativ həllər
Korporativ həllər

YDM-lər və korporativ müştərilər üçün nəzərdə tutulmuş qatqılar

Ətraflı

VİF təsİrİnə yaxından baxış

VIF AZERBAIJAN

VİF şirkəti Avropada 30 illik təcrübəyə malikdir.

Fəaliyyət göstərdiyi dövr ərzində reytinqi və standartları daim yüksək saxlayaraq satış liderliyini əldə etmişdir.

Məhsulların komponentləri Avstriyada, Lang Chemie şirkəti tərəfindən təmin olunur və Çexiyada istifadə təyinatına uyğun olaraq istehsal edilir.

VİF Azerbaijan MMC, VİF s.r.o. şirkətinin Azərbaycan üzrə eksklyuziv distribyutorudur.

ƏTRAFLI

Tərəfdaşlarımız

Shassi Wolt FIAT Umico Continental SGS DTC Testing Lang Orlen benzina Euroil Auto kelly Omacz.cz Qaraj Azerbaijan Pro Service

Reytİnqlər

4.9/5 star
top-icon Kateqoriyanın
Best Seller-i
5/5 star
top-icon Kateqoriyanın ən çox
satılan məhsulu
98/100 star
top-icon Qatqı kateqoriyasında TOP 1

FAQ general

Yanacaq qatqıları nədir və hansı kateqoriyalara bölünür?

Yanacaq qatqısı, yanacağa əlavə edilən kimyəvi maddələr kombinasiyasıdır. Bu maddələr yanacaq keyfiyyətini və mühərrik performansını artırmaq, mühərrik, yanacaq və emissiya sistemini qorumaq və mühərrik istehsalçısının istifadə tələblərini qarşılamaq məqsədi ilə istifadə edilir. Yanacaq qatqıları tək tip olmayıb və müxtəlif məqsədlər üçün fərqli formullar, tərkiblər və funksiyalarla hazırlanır.

 

Yanacaq qatqıları ümumilikdə aşağıdakı kateqoriyalara bölünür:

 

1. Kateqoriya: Periodik istifadə üçün birdəfəlik təmizləyici vəya performans artırıcıları

Misal: oktan qaldırıcı, setan qaldırıcı, injektor təmizləyici, karbon təmizləyici və sair.

 

Müsbət cəhətləri:
- Bu tip yanacaq qatqıları adətən yalnız bir funksiyanı yerinə yetirir və istifadə olunan texnikanın müəyyən olunmuş probleminin həllinə yönəlmiş olur.
- Adətən qatqının effekti ani olaraq hiss olunur.

 

Mənfi cəhətləri:
- Dövri istifadə üçün nəzərdə tutulduğundan adətən kiməvi formulu aqressiv olur. Bu öz növbəsində yanacaq sistemində fəsadlara gətirib çıxarır.
- Müştəri avtomobilin problemini dəqiq şəkildə diaqnostika edə bilmədikdə hansı qatqını istifadə etməli olduğunu dəqiq bilə bilmir.
- Müəyyən hissələrə pozitiv təsir etsə də belə digər komponentləri (katalizator, DPF, lamda zond, turbo, EGR) zədələmə ehtimalı böyükdür.
- Qatqılı yanacaq bitdikdən bir müddət sonra problemin yenidən qayıtması
- 1 litr yanacağa düşən dəyər baha olur.

 

2. Kateqoriya: Daimi istifadə üçün multifunksional qatqılar

 

Müsbət cəhətləri:
- Adətən kimyəvi baxımdan qeydi aqressiv formula malik olduğundan yanacaq sistemi üçün daha təhlükəsizdir.
- Qatqı kompleksləri bir çox xüsusiyyət yerinə yetirir.
- Seçim rahatllığı (avtomobildə fəsad bilinmədiyi halda belə multifunksional qatqı geniş təsir etdiyindən bütün tələb olunan xüsusiyyətləri yerinə yetirir)
- Qənaqətcil istifadə (bir litr yanacaq üçün daha az məbləğ xərclənir)
- Adətən bütün mühərrik növləri ilə uyğunluq təşkil edir.

 

Mənfi cəhətləri:
- Hər yanacaqdoldurma zamanı əlavə olunmalıdır
- Faydaların hiss olunması üçün vaxt lazım ola bilər.
- Seçilmiş qatqının təhlükəsizlik analizi mütləqdir. İstehsalçının reputasiyasından asılı olmayaraq, bəzi komponentlər insanlar üçün xərçəng törədici, ekologiya üçün zəhərli, digərləri isə düzgün formulla hazırlanmadığında emissiya sisteminə neqativ təsir edə bilər.

 

3. Kateqoriya: Yanacaq performansının gücləndiriciləri, vəya tələb olunan standartları qarşılamaq üçün istifadə olunan qatqlar.

 

Bu növ qatqılar bir çox ölkələrdə həm neft emalı zavodları, həm də YDMlər tərəfindən geniş istifadə olunur. Qatqılar ya yanacaq istehsalı zamanı ya istehsal sonrası yanacaq doldurma məntəqəsinin çəninə əlavə olunur. Adətən qatqılı yanacaqlar əlavə məsrəf yaratdığından daha yüksək qiymətə satılır. Azərbaycanda bu növ qatqılara misal Lukoil YDMlərinin 92 oktan və dizel yanacaqlarında istifadə etdiyi EKTO / ECTO kommersiya adı qatqıdır. 

 

Müsbət cəhətləri:
- Bütün avtomobillər üçün uyğun və tam təhlükəsizdir.
- Qatqı düzgün seçilmiş olarsa, qatqıdan tələb olunan bütün funksiyalar yerinə yetirilə bilər.
- Tələb olunan standartları qarşılamağa və hətta onları aşmağa kömək edir.
- Standart yanacağı yüksək performanslı yanacağa çevirə bilir.
- YDMlərə rəqabət  üstünlüyü verir
- Korroziyaya qarşı müdafiə və oksidləşməyə qarşı dayanıqlıq yaratdığından yanacaq uzunmüddətli saxlanma zamanı keyfiyyətini itirmir.

 

Mənfi cəhətləri:
- Digər qatqılarla istifadə zamanı komponentlər bir biri ile uyğunsuzluq təşkil edərək neqativ effekt vəya heç effekt göstərməyə bilər.
- Adətən standart yanacaqla qiymət fərqi multifunksional qatqılardan daha baha olur. *Qeyd: bu göstərici yanacaq qiymətlərinin Tarif Şurası tərəfindən müəyyən edildiyinə görə Azərbaycana şamil olunmur.
- Qatqı proporsiyasının düzgün əlavə olduğunu yoxlamaq mümkün deyil.
- Adətən hansı qatqı istehsalçısının və hansı tərkibin istifadə olunması kommersiya sirri olaraq saxlanılır.


Yanacaq qatqıları sahəsində hər bir kateqoriya öz üstünlükləri və çatışmamazlıqları ilə fərqlənir. VİF qatqılarının formulu həm daimi istifadə üçün multifunksional qatqı olaraq, həm də YDMlər üçün nəzərdə tutulduğundan, bütün üstünlükləri özündə cəmləşdirir.

Yanacaq qatqıları niyə istifadə olunmalıdır?

Yanacaq qatqılarının istifadəsi avtomobiliniz və onun performansı üçün bir sıra üstünlüklər verə bilər. Yanacaq qatqılarından istifadə etmək üçün bəzi əsaslı səbəblər bunlardır:

 

 

Mühərrikin performansının artırımı: Yanacaq əlavələri mühərrikinizin performansını artırmaq üçün nəzərdə tutulub. At gücünü, sürətlənməni və ümumi mühərrik reaksiyasını təkmilləşdirərək daha zövqlü idarəetmə əldə edə bilərsiniz.

 

Yanacağa qənaət: Müəyyən qatqılar yanma prosesini optimallaşdırır və daha yaxşı yanacaq səmərəliliyinə səbəb olur. Bu isə uzun müddətdə büdcəyə qənaət etmiş olur.

 

İnjektorun və yanma kamerasının təmizlənməsi: Qatqılar püskürücülərdə, yanma kameralarında və digər kritik mühərrik komponentlərindəki karbon yataqlarını təmizləyə bilər. Bu, optimal mühərrik funksiyasını qoruyaraq bir çox pozitiv nəticələr vermiş olur.

 

Oktan və Setan ədədlərinin artırılması: Bəzi yanacaq qatqılarının oktan və setan ədədinə pozitiv təsirləri vardır.

 

Emissiyaların azaldılması: Bəzi qatqılar daha təmiz və daha səmərəli yanma əldə etməklə zərərli emissiyaları azaltmağa kömək edir. Bu, daha sağlam ətraf mühitə töhfə verir və avtomobilinizin emissiya normalarına uyğun olmasına kömək edir.

 

Uzunmüddətli mühərrik baxımı: Qatqıların müntəzəm istifadəsi mühərrikinizi aşınmadan qoruya, ömrünü uzada və komponentlərin servis intervallarını uzada bilər.

 

Korroziyanın qarşısının alınması: Bəzi qatqılar yanacaq sisteminin komponentlərini korroziyadan qoruyan və yanacaq sisteminizin uzunömürlülüyünü təmin edən komponentlərə malikdir.

 

Yanacağın stabilləşdirilməsi: Qatqılar uzunmüddətli saxlama zamanı yanacağın keyfiyyətinin dəyişməz qalmasına kömək edə bilər.

 

Spesifik təyinat: Müxtəlif növ qatqılar etanol və bitki yağlarının metil efirləri kimi bio əlavələrin neqativ xüsusiyyətlərinin azaldılması və ya yağlamanın artırılması kimi spesifik məsələləri həll edir.

 


Qeyd: Multifunksional VİF qatqılarının yuxarıda qeyd olunan bütün funksiyaları mövcuddur.
 

Bəzi qatqıların fəsad yaratma səbəbi nədir?

Bir çox yanacaq qatqıları avtomobilinizə fayda əvəzinə məsrəfli fəsadlar yarada bilər. Bəli, yanacaq qatqılarının hamısı yaxşı deyil və bu məsələyə ciddi yanaşma çox vacibdir. Mənşəyi bilinməyən və texniki parametrlərini bilmədiyiniz qatqılar bir çox problemlərə gətirib çıxarır. Yarana biləcək fəsadların əsas səbəbləri bunlardır:

 

Uyğunsuzluq yaradan komponentlər: Avtomobilinizin mühərriki və ya emissiya sistemi ilə uyğunsuzluq təşkil edən yanacaq qatqılarının istifadəsi problemlərə səbəb ola bilər. Bəzi qatqılar müəyyən mühərrik növləri üçün uyğun olmaya bilər, bu da zəif yanma, döymə və hətta müəyyən hissələrin zədələnməyinə səbəb ola bilər.

 

Doza həddinin aşılması: Bəzi qatqıların tövsiyə olunan miqdarından artıq istifadəsi yanacaq qarışığının balansını poza bilər, potensial olaraq turbonun sıradan çıxması, zəif yanma, çirklənmiş şamlar və ya hətta yanmanın baş verməməsi müşayət oluna bilər.

 

Aşağı keyfiyyətli qatqılar: Bazarda keyfiyyətsiz qatqılar aşırı dərəcədə çoxdur. Tərkibi düzgün tərtib edilməmiş qatqıların aşırı karbon çöküntülərinə, injektorların tıxanmasına və digər həssas hissələrin zədələnməsinə səbəb ola bilər.

 

Qatqı formulunun komponentləri daxilində uyğunsuzluq: Qatqıların formulu düşündüyünüz kimi elementar deyil. Qatqı formulunun yanacağa və mühərrikə təsirindən başqa, komponentlərin öz aralarında uyğunluğu da önəmlidir. Bu istehsal etapında dərin kimyavi analizlər və təcrübələr tələb edir. Bu yalnız kiçik və tanınmayan şirkətlərə aid deyil. Qatqıdan savayı geniş çeşidli məhsullar istehsal edən şirkətlərin məhsullarında da bu cür hallar tez tez baş verir. Bir çox qatqılarda effektin hiss olunmaması vəya neqativ effektin olmasının səbəbi də məhz budur.

 

Test olunmamış məhsullar: Bazarda olan qatqıların əhəmiyyətli payı lazımi sınaq və testlər olmadan öz faydaları haqqında şişirdilmiş iddialar irəli sürür. Bu cür qatqıların istifadəsi vəd edilən nəticəni verməməkdən başqa mühərrikinizə zərər də verə bilər.

 

Yanacaqla reaksiya: Bəzi əlavələr istifadə etdiyiniz xüsusi yanacaq növü ilə yaxşı qarşılıqlı əlaqədə olmaya bilər ki, bu da zəif yanma, yanacaq səmərəliliyinin azalması və ya digər performans problemlərinə səbəb olur. Buna misal bəzi qatqıların etanollu yanacaqla uyğunsuzluğudur. Benzin yanacağımızda 5% yaxın etanol mövcuddur. Qatqı seçimi zamanı buna diqqət etməyiniz məsləhətdir.

 

Metal komponentlər: Çoxları bundan xəbərsizdir, lakin metal birləşmələri olan qatqıların istifadəsi katalizator və oksigen sensorları kimi kritik komponentləri sıradan çıxara bilər. Bu öz növbəsində zəif yanacaq səmərəliliyinə və emissiyaya nəzarət sistemlərinin potensial zədələnməsinə səbəb ola bilər.

 

Köhnə vəya saxlanma şərtləri pozulmuş qatqılar: İstifadə müddəti bitmiş və ya düzgün saxlanmamış qatqılardan istifadə aşağı effektivlik və hətta zərərli təsirlər göstərə bilər.


Bu problemlərin qarşısını almaq üçün ilk növbədə istifadə etmək istədiyiniz qatqının təhlükəsizlik sertifikatını tələb edin. Komponentlərin ziyan ehtimalını dəyərləndirdikdən sonra həm avtomobilinizin, həm də qatqı istehsalçısı tərəfindən verilən təlimatları diqqətlə nəzərdən keçirin və tövsiyə olunan dozaya riayət edin.


Yalnız müstəqil testlər və təcrübələrlə təsdiqlənmiş məhsulları və markaları seçin. 

VİF məhsullarının təhlükəsizliyindən necə əmin ola bilərəm?

VİF qatqılarının təhlükəsizliyi istər texniki parametrlər əsasında, istərsə də yüksək müştəri məmnuniyyəti əsasında təsdiq olunmuşdur.

 Hazırda VİF qatqıları bir neçə neftayırma zavodu və 700-dən çox yanacaqdoldurma məntəqəsi, minlərlə avtopark və sənaye texnikaları tərəfindən istifadə olunur.

 Şirkət olaraq müştərilərimizlə şəffaf ünsiyyət yaradaraq testlərin və sınaqların video və protokollarını, təhlükəsizlik sertifikatlarını təqdim edirik.

 Məhsullarımızı Azərbaycan bazarına təqdim etmədən öncə yanacaqlarımızın laborator göstəricilərini detallı analiz edərək təsir göstərə biləcəyimiz parametrlər yoxlamış və yerli yanacaqla tam uyğunluqdan əmin olmuşuq.

 Digər tərəfdən qatqıların qeyri aqressiv olması faktı, yüksək yürüşü olan avtomobillərdə də tam təhlükəsiz istifadəni təmin edir.

Qatqıya qoyulan sərmaye özünü doğruldur mu?

Şübhəsiz ki, yanacaq qatqısı istifadəsi avtomobiliniz və ümumi büdcəniz üçün həm qısa, həm də uzunmüddətli faydalar verən müdrik qərardır. Bunun səbəbi:

 


1. Aşağı yanacaq sərfiyyatı:
Yanacaq qatqıları mühərrikinizdə yanma prosesini gücləndirmək və yanacağın daha effektiv yanmasına səbəb olmaq üçün hazırlanmışdır. Artan yanma səmərəliliyi yanacaq sərfiyyatının azalması ilə nəticələndikdən, eyni miqdar yanacaqla daha çox məsafə qət edəcəksiniz. Uzunmüddətli perspektivdə yanacaq qatqılarına xərclədiyiniz pul yanacaq sərfiyyatına qənaətlə geri qayıtmış olur.

 

2. Ehtiyyat hisələrinin uzun ömrü:
Yanacaq qatqıları nəinki optimal mühərrik performansına, həm də kritik mühərrik komponentlərinin uzunömürlülüyünə təsir göstərir. Bu öz növbəsində ehtiyyat hissələrində qənaətə səbəb olur.

 

3. Yüksək Mühərrik Performansı:
Yanacaq qatqıları güc ötürülməsini və mühərrik reaksiyasını yaxşılaşdırmaqla daha xoş sürüş təcrübəsinə səbəb olur.

 

4. Mühərrikin ömrü:
Keyfiyyətli yanacaq qatqılarına sərmaye mühərrikin döyməsinin və detonasiyanın qarşısını almaqla mühərriki aşınmadan və kapital təmir xərclərindən azad edə bilər.

 


Nəticə olaraq, yanacaq qatqılarının alınması ilə bağlı ilkin xərclər olsa da, potensial faydalar bu xərclərdən xeyli üstündür. Praktiki şəkildə qənaətinizi hesablamaq üçün Super Diesel Aditiv və Super Benzin Aditiv səhifələrindəki kalkulyatordan faydalanmağınızı tövsiyyə edirik.

Avtomobilin yanacaq çəninin qapağında "Do not use additives", yəni qatqı istifadə etməyin yazılıbsa, VİF qatqılarının istifadəsi nə qədər təhlükəsizdir?

Bəzi avtomobillərin yanacaq çəninin qapağında qatqı istifadəsinə aid təlimatlar olur. Bu istehsalçının mühərrikin həssas komponentlərinə ziyan verməmək üçün qeyd etdiyi təlimatdır. Həqiqətən də bu yazı varsa qatqı istifadəsi təhlükəli ola bilər.

 

 

Lakin VİF qatqılarını digər qatqılardan fərqləndirən vacib bir xüsusiyyət var.

 

Beləki, istər Avropa istərsə də Amerikada qatqılar yanacağa YDMlər vəya neftayırma zavodları tərəfindən əlavə edilir. Söhbət mühərrikə heç bir ziyanı olmayan qatqılardan gedir.

 

Çexiyanın ən böyük YDM şəbəkəsi hətta standart yanacaqlarında belə VİF qatqılarını istifadə edir.

 

 

VİF qatqılarının pərakəndə satış üçün nəzərdə tutulmuş qablaşdırılmış məhsullarının tərkibi YDMlər üçün təklif etdiyimiz qatılarla çox yaxın olduğundan qatqıları əminliklə istənilən avtomobildə istifadə edə bilərsiniz.